Qəbələdə qəza baş verib.

"Unikal" xəbər verir ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən, idarəetməni itirib və yoldan çıxaraq "KamAZ"la toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü 1993-cü il təvəllüdlü İsgəndərov Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli