Daşkəsən sakini ehtiyatsızlıqdan ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1963-cü il təvəllüdlü E.Əhmədov özünə məxsus yük maşınında qum boşaldan zaman ehtiyatsızlıqdan qumun altında qalıb. Nəticədə 63 yaşlı kişi hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov