Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır  olduğu bildirilir. Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov