G20 sammitində prezident Putinin yerinə Rusiyanı təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov sammiti tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Lavrov Balini tərk etdi. O, G20 sammitində işini başa çatdırıb".

Almaniyanın “Spiegel” qəzeti isə Lavrovun İndoneziyadakı sammiti anti-Rusiya bəyanatları və xoşagəlməz mühit səbəbindən erkən tərk etdiyini yazıb. Qəzet qeyd edib ki, nazirlər onunla şəkil çəkdirməkdən imtina ediblər.

Gültəkin Ələsgər