Məktəb direktorunun oğlu ağır qəza törədib.
"Unikal " xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Zaqatala rayonunun, Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala şəhər 3-cü Tala kənd sakini 1994-cü il təvəllüdlü Ömərov Elvin Məhəmməd oğlu idərə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə velosipedlə hərəktdə olan rayonun Muğanlı kənd 1972-ci il təvəllüdlü Əhmədov Səlim Əhməd oğlunu vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan velosipedçi hadisə yerində ölüb.
Qeyd edək ki, minik avtomobilinin sürücüsü Elvin Ömərovun anası Zaqatalada məktəb direktoru vəzifəsində çalışır.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli