Abşeronda qonşunu baltalayan şəxs həbs edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində baş verib. Belə ki, Ayxan Səlimov (soyadlar şərtidir) qonşusu Natiq Məmmədovun "Toyota Prius" markalı avtomobilini sürətlə sürdüyünü əsas gətirərək ona irad bildirib.

Daha sonra onlar arasında mübahisə yaranıb. Natiq qonşusu Ayxanı təhqir edib. Ayxan isə yaşadığı evin girişindəki baltanı götürüb və Natiqə müxtəlif bədən xəsarətləri yetirib. Ayxan həmçinin qonşusunun "Toyota Prius" markalı avtomobilinin ön şüşəsini də balta ilə vuraraq sındırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Murad İbrahimli