Bakıda qadını zorlayan şəxs həbs olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Yasin Məmmədov (soyadlar şərtidir) 20 Yanvar dairəsi yaxınlığındakı dayanacaqlardan birində əyləşən Heyran adlı qadına yaxınlaşıb. O, həmin qadına onunla birlikdə evinə getməyi təklif edib. Onlar birlikdə Yasinin Ramana qəsəbəsində yerləşən evinə yolda düşüblər. Qəsəbəyə çatdıqda Yasin avtomobili saxlayıb və evə təxminən 500 metr məsafə qaldığını və həmin yolu piyada getməyi təklif edib.
Onlar bir qədər məsafə qət etdikdən sonra Heyran yolun uzunluğundan şikayətlənib və Yasini təhqir edib. Yasin isə onu "qamışlıq" adlanan əraziyə aparıb. İlk öncə Heyranı döyüb, daha sonra isə onu zorlayıb.
Heyranın köməyinə həmin ərazidə yaşayan şəxslərdən biri çatıb. O, Heyrana ilkin tibbi yardım göstərib.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.4-cü (Zorlama) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Seymur Əli