"Rusiya qiymət tavanı prinsipini tətbiq edəcək ölkələrə neft və neft məhsulları tədarük etməyi planlaşdırmır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. 

O qeyd edib ki, Rusiya dünya bazarına etibarlı enerji tədarükçüsü statusunu və tərəfdaşlarla münasibətlərin bazar vəziyyətini təsdiqləyir.

“Bununla əlaqədar olaraq, biz neft və neft məhsullarının tədarükün sonradan bazar yönümlü tərəfdaşlara yönləndirilməsi və ya hasilatın azaldılması ilə tavan qiymət prinsipini tətbiq edəcək ölkələrə tədarükünü planlaşdırmırıq”, - deyə Novak bildirib.

Baş nazirin müavininin vurğulayıb ki, bu mexanizmin tətbiqi sənayeyə investisiyaların azalmasına və dünya bazarında kəsirin yaranmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, qiymət tavanı neft bazarının fəaliyyət göstərməsinin bazar prinsiplərinə görünməmiş müdaxilə aktıdır.

Xatırladaq ki, bir müddət öncə Bloomberg məlumat vermişdi ki, G7 ölkələri noyabrın 23-də Rusiya neftinin qiymət tavanının hansı səviyyədə müəyyən ediləcəyini açıqlamaq niyyətindədirlər. Agentliyin məlumatına görə, təklif dəstəklənərsə, razılaşdırılmış qiymət həddi elə həmin axşam elan oluna bilər.

Gültəkin Ələsgər