NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kosovo və Serbiya arasında gərginliyi müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Baş katib “Twitter"də bildirib.

Stoltenberq tərəflər arasında mübahisənin həllinin (avtomobillərin nömrə nişanları ilə bağlı) tapılmamasından məyusluğunu ifadə edib. "İndi məsuliyyət və praqmatik həllərin vaxtıdır. Eskalasiyanın qarşısı alınmalıdır", - Stoltenberq vurğulayıb.

O əlavə edib ki, Kosovadakı NATO sülhməramlıları vəziyyətlə bağlı diqqətlidirlər.

Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılması yolundan imtina etdiyini bildirib.

“Təəssüf edirəm ki, vasitəçilər, bu halda Borrell, Aİ-nin münasibətləri normallaşdırmaq təklifindən imtina etdilər. Bu gün o, Aİ-nin Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması təklifini rədd etdi”.

Eyni zamanda, Kosovonun baş naziri vurğulayıb ki, Aİ-nin cərimələrin tətbiqi qərarının dayandırılması və yalnız Serbiya nömrələri üçün xəbərdarlıqların verilməsini davam etdirmək təklifi qəbuledilməzdir.

Xatırladaq ki, tanınmamış Kosovonun hüquq-mühafizə orqanları noyabrın 22-dən etibarən Serb avtomobillərinin qeydiyyat nişanlarını dəyişdirməyənləri cərimələyəcəklərini təsdiqləyiblər. Departamentdə qeyd edildiyi kimi, "xəbərdarlığın verilməsi noyabrın 21-dək davam edir" və noyabrın 22-dən etibarən "Kosovo ətrafında bu cür qeyri-qanuni dövlət nömrə nişanları ilə hərəkət edən bütün nəqliyyat vasitələrinin sahibləri, rəsmi qərara əsasən, Kosovo polisi tərəfindən cərimələnəcəklər. Məlum olub ki, indiyədək rayonun hüquq-mühafizə orqanları 1,7 mindən çox cərimə yazıb.

Gültəkin Ələsgər