İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdakı kürdlərin mövqelərinİ yenidən raket atəşinə tutub.
"Unikal" xəbər veirr ki, hücumların hədəfi Şimali İraqın sərhəd bölgəsində Ərbil şəhəri yaxınlığında yerləşən kürd birləşmələri olan Kürdüstan Azadlıq Partiyasının qərargahı olub. Hücum zamanı ümumilikdə 4 raket atılıb.
İranın Tasnim xəbər agentliyinin məlumatına görə, SEPAH həm də kamikadze pilotsuz təyyarələrlə kürd mövqelərinə hücum edib .
"Bugünkü hücum zamanı separatçı terror qruplaşmasının Kürdüstan Azadlıq Partiyasının Kərkükün kənarındakı qərargahı kamikadze pilotsuz uçan aparatlarla vurulub", - agentlik İİKK-dan sitat gətirib.
Gültəkin Ələsgər