Qazaxıstanın yenidən prezidenti seçilmiş Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib ki, “Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin and içmə tarixi noyabrın 26-dır”.
Məlumata görə, Tokayev 81,31% səs toplayıb. Eyni zamanda, seçici fəallığı 69,44% təşkil edib.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçilmiş prezidentin səlahiyyət müddəti 7 il olacaq.