İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-in mətbuat xidmətinin rəisi Ayxan Hacızadə ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə İran səfiri Tvitterdə yazıb.
Diplomat bildirib ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsinin vacibliyini qeyd ediblər.