"Avropa Parlamentinin nümayəndələri öz tövsiyələrində Belqraddan Kosovonun müstəqilliyini tanımasını, habelə Avropa İttifaqına üzv ola bilmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edirlər".

"Unikal" xəbər verir ki ,bu barədə Serbiyanın baş naziri Ana Brnabiç  Aİ-nin bu ölkədəki nümayəndə heyətinin rəhbəri Emmanuel Cofre ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib .

Serbiya Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, “dəyər baxımından” və “prinsipcə” tövsiyələr ziddiyyətlidir. Belə ki, o, Serbiyanın bir tövsiyəsində qeyd edib ki, Serbiya yalnız “Rusiya Federasiyasına qarşı sanksiyalara razılaşarsa” Aİ-yə üzv ola bilər, çünki Rusiya Federasiyası “beynəlxalq səviyyədə tanınmış dövlətin ərazi bütövlüyünü pozub”.

“Əgər siz ərazi bütövlüyünün pozulmasına görə sanksiyalarla razı deyilsinizsə, biz sizə Avropa yolunu davam etdirməməyi təklif edirik. Başqa bir tövsiyə ondan ibarətdir ki, siz yalnız ərazi bütövlüyündən imtina etsəniz, Avropa yolu ilə davam edə bilərsiniz”, - Brnabiç əlavə edib.

Gültəkin Ələsgər