Qazaxıstanda məhkəmə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) internet saytının bloklanmasına qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə Talqar Rayon Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Almatı vilayətinin Talqar rayon prokuroru ÜST-nin internet saytının bloklanması tələbi ilə ərizə təqdim edib. Məhkəmə belə qənaətə gəlib ki, intiharın təfərrüatlı üsul və vasitələri təşkilatın portalında dərc olunub.

“Nəzərə alsaq ki, Qazaxıstanda insan və onun həyatı ən yüksək dəyərlərdən biri kimi tanınır və yayılan internet resurslarında insanın həyatından məhrum edilməsi, onu qəsdən özünü həyatdan məhrum etməyə sövq edən üsullar haqqında məlumatlar yerləşdirilib”, - deyə mətbuat xidməti məhkəmənin qərarını açıqlayıb.  

Gültəkin