"Elektrik enerjisinin qiymətinin artması, pis hava şəraiti və epidemiyalar gələn qış Avropada ölüm hallarının artmasına təsir edəcək".

"Unikal" xəbər verir ki, bu barədə The Economist yazıb .

Nəşrin materialına görə, dekabr-fevral aylarında Avropa ölkələrində həftəlik ölüm yay ayları ilə müqayisədə 21 faiz artıb. İndi bu rəqəmə enerji qiymətlərinin yüksəlməsi əhəmiyyətli dərəcədə təsir edəcəyinə görə, qışın isti keçəcəyi təqdirdə ölüm nisbəti tarixi orta göstəricini 32 min nəfər keçə bilər. Daha soyuq qış 335.000 əlavə ölümlə nəticələnə bilər.

Jurnalistlərin fikrincə, temperatur rejimi və mövsümi qrip ölüm hallarına ən güclü təsir göstərəcək.

Nəşrin müəllifləri həmçinin elektrik enerjisinin qiymətinin 10% artmasının ölüm hallarını 0,6% artırdığı, hava nə qədər soyuq olsa, bu amilin təsirinin bir o qədər güclü olacağı məlumatlarına istinad edirlər.

Bundan əvvəl bildirilmişdi ki, son həftələr Avropada müşahidə olunan isti hava şəraiti sayəsində region bu və gələn qışda təbii qaz qıtlığından xilas ola biləcək.

Gültəkin Ələsgər