"Kiyev Moskva ilə danışıqlara qarşı deyil".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Lakin o qeyd edib ki, danışıqlar Ukraynanın ərazi bütövlüyü bərpa edildikdən sonra mümkündür.

“Ukrayna danışıqların əleyhinə deyil. Zelenski G20 sammitində “qlobal sülh”dən danışıb”, – Kuleba bildirib.

Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırmalıdır: "Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün tam bərpasından başlayır”.