Macarıstan prezidenti Katalin Novak Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın Index portalı yazıb .

Novakın qonşu ölkəyə getdiyi bildirilir. Nəşrin məlumatına görə, o, “qatarla  Polşaya , oradan isə Ukraynaya gedəcək”.

Qeyd olunur ki, bu, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Macarıstan dövlətinin başçısının Ukraynaya ilk səfəri olacaq .

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Macarıstanın baş naziri Viktor Orbanla danışdığını bildirib . Dövlət başçısı Orbana göstərdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya dəvət edib.

Gültəkin Ələsgər