Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı Fransa liderinin ABŞ-a səfərindən əvvəl planlaşdırılmır.

"Unikal" xəbər verir ki, bu barədə Agence France-Presse Yelisey sarayına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fransa lideri Ukraynanın suverenliyini bir daha bəyan etməyi və Rusiya qoşunlarının ölkədən çıxarılmasını planlaşdırır. Yelisey sarayının sözçüsü qeyd edib ki, Makron noyabrın 29-da ABŞ-a səfər edəcək.

Prezidentin cədvəlində ölkə başçısının Putinlə ABŞ-a səfərindən əvvəl söhbəti nəzərdə tutulmayıb. Agentliyin həmsöhbəti bildirib ki, Rusiya lideri ilə danışıqlar barədə qərar kifayət qədər tez verilə bilər, baxmayaraq ki, hələlik dəqiq tarix yoxdur .

Makronun sözçüsü vurğulayıb ki, bu danışıqlar heç bir halda ABŞ prezidenti Co Baydenlə danışıqlarla bağlı deyil.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putinin planına hələlik Fransa lideri Emmanuel Makronla danışıqlar daxil deyil. Bir qədər əvvəl Makron yaxın vaxtlarda rusiyalı həmkarına zəng etmək istədiyini bildirib.