Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyi təsis ediləcək.
Eyni zamanda, Prezident İlham Əliyev !Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.