Burkina-Fasonun şimalında silahlılar tərəfindən yola yerləşdirilən əldəqayırma bombanın partlaması nəticəsində ən azı dörd hərbçi həlak olub.

"Unikal" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.

"Noyabrın 25-də ordu qrupunun Jibo şəhərində yükləri müşayiət etmək üçün missiyadan qayıdarkən partlayış baş verib. Partlayış nəticəsində 4 hərbçi həlak olub. Ölənlərlə yanaşı, daha bir əsgər yaralanıb və ona tibbi yardım göstərilib", - deyə Baş Qərargahdan bildirilib.