Qazaxıstanın paytaxtında internet və mobil rabitədə problemlər yaranıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səbəb kimi elektrik təchizatı avadanlığında qəzanın olduğu bildirilir.

Yerli vaxtla saat 19:00-dan 20:00-a qədər Astanada stasionar və mobil internet təxminən bir saat işləməyib.

Bəzi operatorlarla mobil rabitədə də fasilələr yaranıb.

Hazırda problem aradan qaldırılıb.