İran prezidenti İbrahim Rəisinin bu gün Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı zamanı gözlənilməz hadisə yaşanıb.

"Unikal" xəbər verir ki, iştirakçılardan biri qəfil ayağa qalxaraq anti-hökumət şüarları səsləndirib:
"Köhnə düşüncələrin qılafında qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! ",- deyə gənc etiraz edib.