İtaliyanın Neapol körfəzindəki İskia adasında baş verən sürüşmə nəticəsində ölənlər arasında üç həftəlik uşaq da var.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin təbii fəlakət nəticəsində nəticəsində itkin düşmüş hesab edilən 11 nəfərdən üçü uşaq olmaqla dörd qurbanın cəsədi tapılıb .

Bundan əvvəl daha bir gənc qadının ölümü məlum olub. Beləliklə, ölənlərin sayı 5 nəfərə yüksəlib, 7 nəfərin axtarışları davam edir.

Şənbə günü adaya yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Ən azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. O, vəziyyəti çox ciddi adlandırıb. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada məktəbləri bazar ertəsi və çərşənbə axşamı bağlamaq qərarına gəlib. Hökumət fövqəladə vəziyyət elan edib və tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün 2 milyon avro ayırıb.

Yerli hakimiyyət orqanları sürüşmə riskinin yüksək olduğu adada qanun pozuntuları və tikinti normalarına əməl edilməməsi ilə bağlı yanan məsələni yenidən gündəmə gətirib.