Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mətbuatda yayılan məlumata görə, iclasda Türkiyənin Suriyanın şimalı və İraqda terrorçulara qarşı keçirdiyi “Pençe Kılıç” hava əməliyyatının gedişatı və quru əməliyyatın keçirilməsinə dair ehtimallar müzakirə ediləcək.

TRT kanalı bildirir ki, Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.