NATO xarici işlər nazirləri yaxın iki gün ərzində Kiyevə yeni silah, sursat, hərbi texnika və elektrik enerjisinin tədarükü məsələsini müzakirə edəcəklər .

"Unikal" xəbər veirr ki, bu barədə Anadolu agentliyi Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, nazirlərin görüşü çərşənbə axşamı, noyabrın 29-u və çərşənbə günü, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək .

“İlk dəfə NATO-nun iclası eyni dərəcədə müdafiə məsələlərinə, o cümlədən Ukrayna üçün yeni silahlar, yeni sursat və yeni hərbi texnika və enerjiyə həsr olunacaq, çünki enerji də silaha çevrilib”, - deyə agentlik nazirin sözlərindən sitat gətirib.

Kuleba NATO-nun baş katibi Yens Stoltenberq , ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər naziri Cozep Borrellə görüşlər keçirəcəyini qeyd edib .

Ukraynalı nazir, həmçinin dekabrın 1-2- də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT ) Nazirlər Şurasının iclası üçün Polşanın Lodz şəhərinə gedəcəyini də bildirib .

O əlavə edib ki, Latviya , Estoniya , Litva , Finlandiya , İslandiya , Norveç və İsveçin xarici işlər nazirləri “Ukraynaya əlavə dəstək” məsələsini müzakirə etmək üçün bazar ertəsi Kiyevə gəliblər.

Bundan əvvəl Kuleba bildirib ki, bəzi ölkələr Ukraynaya hərbi yardımdan inadkarcasına imtina edərək, əslində ona gizli kömək edir.

Onun sözlərinə görə, Kiyev bu ölkələrdən birbaşa deyil, vasitəçilər vasitəsilə dəstək alır. Bu vasitəçilər üçüncü ölkələrdən silah alıb, sonra onları Ukraynaya ötürürlər.

Gültəkin Ələsgər