Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaların pozulmasını cinayətlər siyahısına əlavə edib.

"Unikal" xəbər verir ki, qərar üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib.

Aİ-nin Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü və bu tədbirlərin tam şəkildə həyata keçirilməsinin vacib olduğu bildirilib.

Qeyd olunub ki, qərar sanksiyaları pozmağa cəhd edənlərə qarşı çəkindirici amil olacaq.