"Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı olan ciddi bir addımdır".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, ərazisinin 20 faizi işğal nəticəsində Ermənistan tərəfindən barbarcasına talan edilən ölkəni “təcavüz”də ittiham etmək yalnız beynəlxalq hüquqa hörmətsizlik deyil, eyni zamanda mənəvi məsələdir.
Deputat qeyd edib ki, Fransa Qafqaz imtahanından keçə bilməyib.