NATO şərq istiqamətində hərbi əməliyyatlar hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.

"Şərq istiqamətində hərbi əməliyyatların aparılması üçün hazırlıq işləri aparılır. Biz bunu görürük və müvafiq nəticələr çıxarırıq”, - Xrenin “Belarus Today” telekanalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Qərbin Rusiya və Belarusa qarşı ikiüzlü müharibəsi davam edir. 

Nazir vurğulayıb ki, Rusiya-Belarus regional qoşunlarının yerləşdirilməsi adekvat cavabdır və bu, Belarusun öz torpaqlarını müdafiə etmək əzmindən xəbər verir.

Gülayə  Mecid