Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Borrel Tvitter hesabında bildirib.
“Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın da əməkdaşlığına ümid edirik”.