Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

"Unikal"  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, danışıqlar nəticəsində 50 rus əsgər azad edilib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak isə sosial media hesabından verdiyi açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində 50 ukraynalı əsgərin azad edildiyini bildirib.