"Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində qeyd olunub.
"Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb. Erməni hərbçilər tərəfindən yerləşdirilmiş mina-tələlərlə bağlı 2022-ci ilin avqust ayında Laçın rayonunun yaşayış massivlərində baş vermiş yeni hadisələr əsla şübhə yeri qoymur ki, ermənilərin məqsədi azərbaycanlı dinc əhali arasında mümkün qədər çox insan tələfatına səbəb olmaqdır", - deyə məruzədə bildirilib.