"Dünya ölkələrinə baxsaq, Azərbaycan əhalinin sayına görə ən az deputat yerlərinə malik ölkələrdən biridir".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. O bildirib ki, Milli Məclisdə deputat yerlərinin sayının artırılması ilə bağlı qərar onlardan asılı deyil:
"Əgər deputat yerlərinin sayının artırılması parlamentdə müzakirəyə çıxarılarsa, ona qarşı olmaram. Təmsil etdiyim dairədə 43 min seçiciyə xidmət edirəm. Bu, çox böyük rəqəmdir. Burada bir kompleksləşməyə ehtiyac olduğunu düşünürəm. Əgər proporsional seçki sistemi bərpa olunsa, yerlərin artırılmasına ehtiyac yarana bilər".
Anar Kəlbiyev