Gəncədə 41 yaşlı qadın yanıq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1981-ci il təvəllüdlü G.Ələkbərova bədənin müxtəlif hissəsin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki,41 yaşlı qadın yaşadığı evdə qaz balonunun patlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov