Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilir ki, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib.