Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin Azərbaycanla bağlı olması tamamilə təbiidir.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə münasibətləri mövzusuna və Ankaranın irəli sürdüyü ilkin şərtlərə toxunaraq deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri xüsusilə qeyd edib ki, Türkiyə və Azərbaycan Ermənistana sülh əlini uzadıb.
"Münasibətlərin nizamlanması üzrə danışıqlar nəticəyə gətirib çıxarmalıdır", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, “dünyanın əli” şantaj, təxribat və təcavüz formasında təqdim olunur.
Gültəkin Ələsgər