“Bəzi partiyalar deyir ki, “Siyasi partiyalar haqqında” qanun mürtəcedir. Eyni zamanda parlamentdə təmsil olunan bir partiya deyir ki, bu qanun qəbulunun əleyhinə səs verəcək”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Siyasi partiyalar haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
“Onda hansı haqla onlar qeydiyyata alınaraq bu qanun əsasında fəaliyyət göstərəcəklər? Xahiş edirəm buna aydınlıq gətirilsin”, - deyə deputat bildirib.
Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin komitə iclasında müzakirəsi zamanı REAL Partiyasının üzvü, deputat Erkin Qədirli qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.
Anar Kəlbiyev