“Yaxşı olardı ki, açıq hökuməti idarə edən bəzi məmurların da məlumatları açıq olsun. Gəlirlərinin aşkarlanması, bürokratik əngəllərin aradan qaldırılması yenə də ehtiyacdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Bir çox qanunların qəbulu çox uğurlu hadisədir. Bununla bürokratik əngəllər də aradan qaldırılsın”, - deyə deputat bildirib.
Anar Kəlbiyev