Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə “Unikal”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
xxx
17:50
Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında başverən yanğın barədə məlumat yayıb.
DSX Məlumat Mərkəzindən "Unikal"a verilən məlumata görə, dekabrın 6-da saat 16:40-da Akademiyanın əsas korpusunda yanğın hadisəsi baş verib.
Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.
Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.
Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
***
17:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.