Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. İrəvan və Bakı danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır.
"Unikal" xəbər verir ki, bunu noyabrın 6-da Ermənistan Milli Assambleyasında parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan deyib.
“Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, üçüncü təkliflər paketi müzakirə olunur. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün mən bu barədə ucadan danışa və açıqlaya bilmərəm”, - Ağacanyan bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, ilin sonuna kimi Paşinyanla Əliyev arasında görüş baş tutsun, ya da iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş olsun.
Gültəkin Ələsgər