Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, diplomat "Twitter"də yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.
“Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva bildirib.