“İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir”.
"Unikal" xəbər verir ki, bunu Albaniya Respublikasının Baş naziri Edi Rama bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
“İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik”, - Baş nazir qeyd edib.