Sosial şəbəkələrdə Əfqanıstanda quraşdırılan qlobusun təsvirləri təhrif olunub.
"Unikal" "Fars News"-a istinadən xəbər verir ki, kürədə əks olunan Əfqanıstan siyasi ərazisi həddən artıq böyük göstərilib. Xəritədə bir sıra dövlətlərin ərazisi əfqan ərazisi kimi qeyd olunub, digər ölkələrin, o cümlədən Azərbaycan ərazisi təhrif edilib.
Fotonun yayılmasından sonra kürəni Kabil Bələdiyyəsinin hazırladığı məlum olub. Üstəlik, aydınlaşıb ki, bu nüsxə hələ hazır olmadan küçədə quraşdırılıb.
Etirazlardan sonra Kabil Bələdiyyəsi kürəyə düzəlişlər edib.