"İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim üçün çox böyük rəmzi məna daşıyır və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, ilkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə, ümumilikdə büdcədən 32,7 milyard vəsait tələb olunur ki, bunun da 19,2 milyard manatı və 58,7 faizi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək.
"2023-cü ilin dövlət büdcəsində inkişaf strategiyası ilə bağlı nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub. Bunun da 3 milyard manatı işğaldan azad olunmuş əraziləri yenidən qurulması və bərpasına xərclənəcək. Bu, ötən ilə nisbətən 12,4 faiz çoxdur. Son 2 ildə isə Böyük Qayıdış planı layihəsinə dövlət büdcəsindən 5,8 milyard manatdan çox vəsait yönəldilib".
Anar Kəlbiyev