Dekabrın 9-da xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Kern Donfrid ilə telefon danışığı aparıb, regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə edib.

"Unikal" xəbər verir ki, söhbət Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından, Dağlıq Qarabağ problemindən gedir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə dəstək verməyə hazır olduğu vurğulanıb.

Mirzoyan və Donfrid Ermənistan və Azərbaycan arasında sərhəd təhlükəsizliyi və demarkasiya prosesinə, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına da toxunublar.

Gültəkin