2022-ci il 12 dekabr tarixində xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darisi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin bustu önünə gül dəstələri qoydular. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.