"Təəsüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"Proseslər dekabrın 2-dən başlayıb. Dövlət qurumlarının ekspertlərindən ibarət qrup ora yollanıb. Həmin qrup əsasən, orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəsüf ki o, şərait yaradılmır", - deyə nazir müavini bildirib.
V.Kərimov qeyd edib ki, bu gün səhər saatlarından ekoloji aktivistlər Şuşada aksiya keçirirlər: "Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır".