Türkiyənin Milli Müdafiə Nazirliyi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda deyilir:
““Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.