Sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin İspaniyanın İbiza adasında oğurlanan 2 milyonluq qalmaqallı saatı tapılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, İbiza polisi apardığı axtarışlardan sonra həmin saatı tapıb.
Qeyd edək ki, SOCAR-ın sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin oğlu bir neçə il öncə İspaniyanın İbiza adasında dəyəri 2 milyon manata yaxın olan qol saatının oğurlanması ilə gündəmə gəlmişdi. Məmur oğlunun fantastik qiyməti olan saatı necə əldə etməsi geniş müzakirələrə səbəb olmuşdu.
Seymur Əli