Məşhur kanadalı yazıçı Robin Şarma Bakıya gəlib.
"Unikal" xəbər verir ki, R.Şarma paytaxtda keçirilən II İllik İnnovasiyalar Sammitində çıxış edib.
Yazıçı çıxışında insanların uğur hekayələri ilə bağlı danışıb.
“Hər gün qazandığınız uğurlara diqqət yetirin, hər gün uğurlu olmağa çalışın. Hər kiçik addımlar böyük dəyişikliyə gətirib çıxarır. Uğur kimi uğursuzluğa səbəb olacaq heç nə yoxdur. Şirkətlər daha çox uğur qazandıqca daha çox uğursuzluğa düçar olurlar. Uğur qazandıqca daha sadə olmaq lazımdır. Bir çox milyarderlər uğur qazandlqca dinləməyi, öyrənməyi dayandırırlar. İşə təzədən başlamırlar, müştərilərinə adi baxırlar. Beləliklə, uğur qazanmaq üçün uğursuz olmalısınız".
Qeyd edək ki, yazıçı "Sən öləndə kim ağlayacaq?”, “Superhəyat! 30 günlük həqiqi həyata səyahət”, “Titulsuz lider” və “Ferrarisini satmış rahib” kimi dünyaca məşhur kitabların müəllifidir.
Anar Kəlbiyev