“İdman menecmenti və kommunikasiya”, “Məşqçilik” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisaslarında təhsil alan ASAPES SABAH tələbələrinin bilik və bacarıqlarını artırmaq məqsədilə Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, ASAPES SABAH qrupunda “Olimpiya hərəkatının fəlsəfəsi və idarə edilməsi” fənnini tədris edən Kənan Məhərrəmovun təşkilatçılığı ilə “İdman administratorluğu” mövzusunda təlim keçirilib.
"Unikal" xəbər verir ki, 2 gün davam edən təlimdə Olimpiya tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, Olimpiya marketinqi və media mövzusunda təqdimatlar edilib, tələbələrlə fikir mübadiləsi aparılıb. Kursu uğurla bitirən tələbələrə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.